“Barbie” ana olacaq

barbie-ana-olacaq
Oxunma sayı: 2965

Avstraliyalı məşhur aktrisa, “Barbie” filminin ulduzu Marqo Robbi ana olmağa hazırlaşır.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, britaniyalı prodüser Tom Akerli ilə evli olan 34 yaşlı aktrisa ilk dəfə ana olacaq.

Cütlük ən son İtaliyada yaxtada gəzinti zamanı görüntülənib. 

Qeyd edək ki, Marqo Robbi və Tom Akerli 2013-cü ildə “Suite Française” filminin çəkilişləri zamanı tanış olub. Bir müddət dost olan cütlük 2016-cı ildə ailə həyatı qurub.