Barış Akarsunun anası dünyasını dəyişdi

baris-akarsunun-anasi-dunyasini-deyisdi
Oxunma sayı: 3008

2007-ci ildə Bodrumda keçirdiyi avtomobil qəzasında dünyasını dəyişən müğənni Barış Akarsunun anası Xədicə Akarsu vəfat edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, xərçəng diaqnozu qoyulan X.Akarsu 15 gündür reanimasiyada müalicə alırdı. O, orqan çatışmazlığından Ankara Şəhər Xəstəxanasında dünyasını dəyişib. 

Qeyd edək ki, Xədicə Akarsu 28 yaşlı Barış Akarsunun ölümündən sonra ağır sarsıntı keçirmişdi. 

Xədicə Akarsu illər əvvəl "O ses Türkiye" musiqi yarışma proqramındakı çıxışı ilə hər kəsi kövrəltmişdi.
Oğluna bənzəyən iştirakçı Onur Oğuşu görmək üçün verilişə gələn, göz yaşı qurumayan ananın sözləri hər kəsə duyğulu anlar yaşatmışdı.