Barış Şimşək hakim səhvlərini etiraf etdi - Video

baris-simsek-hakim-sehvlerini-etiraf-etdi
Oxunma sayı: 1671

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək “CBC Sport” kanalının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, türkiyəli sabiq referi ötən tur keçirilən oyunları dəyərləndirib.

O, qalmaqallı “Zirə” – “Turan Tovuz” matçında baş hakim Rauf Cabbarovun idarəçiliyini dəyərləndirib.

B.Şimşək Cabbarovun yanlış penalti qərarı verdiyini etiraf edib.

O, həmçinin “Kəpəz” – “Sumqayıt” matçında qonaqların vurduğu qolda da hakimin yanlış qərar verdiyini və həmin epizodda ofsayd olduğunu bildirib.