Barışdıqdan sonra ilk dəfə görüntüləndilər - Video

barisdiqdan-sonra-ilk-defe-goruntulendiler
Oxunma sayı: 4894

Məşhur türkiyəli aktrisa Cemre Baysel və ayrıldığı həmkar sevgilisi Aytaç Şaşmaz barışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük 1,5 illik ayrılıqdan sonra ötən gün ilk dəfə görüntülənib.

Baysel və Şaşmaz jurnalistlərin suallarını cavabsız qoyublar.

Qeyd edək ki, Cemre və Aytac “Baht Oyunu” serialında baş rolu canlandırıblar. Layihədən sonra cütlüyün sevgi münasibəti başlayıb. Lakin onlar 2022-ci ilin dekabr ayında münasibətlərini sonlandırıb.

Onu da bildirək ki, C. Baysel bu yay çəkilişləri başlayacaq “Hayat Hırsızı” adlı layihədə “Leyla” obrazına həyat verəcək.