Barışıq üçün 1 dəqiqə vaxt verdi - Fotolar + Video

barisiq-ucun-1-deqiqe-vaxt-verdi
Oxunma sayı: 2793

Şənbə günü Türkiyənin “Model” qrupunun solisti Fatma Turqut və “Gripin” qrupu Bakıda konsert verib.  “Qafqazinfo” xəbər verir ki, izdihamla keçən musiqili gecə “Elektra Events Hall”da baş tutub.

Əvvəlcə səhnəyə F. Turqut çıxıb. O, “Pembe mezarlık” daxil olmaqla bir çox populyar mahnıları səsləndirib.

Sənətçi daha sonra maraqlı bir addım atıb. İfaçı zalda olan tamaşaçılara “1 dəqiqəmiz var. Küsülü olduğunuz birinə mesaj yazın və yaxud zəng vurun. Görüntülü zəng vursaz, məmnun olaram. Şəxsən özüm danışacam” deyə müraciət edib.

Daha sonra bir şəxs Fatma adlı sevgilisinə zəng vuraraq telefonu köməkçisi vasitəsi ilə Fatma Turquta yönəldib. Maraqlı dialoqdan sonra sənətçi zaldakı insanlarla birgə “Pembe mezarlık” mahnısını səsləndirib. O, sonda cütlüyə “bitməsin hekayəniz” deyərək çıxışına davam edib. 

Konserti “Gripin” qrupu davam edib. Onların səhnəsindən sonra tamaşaçı istəyi ilə Fatma Turqut yenidən səhnəyə çıxıb. Onlar “Ele- güne karşı” mahnısını duet şəklində ifa ediblər.

Türkiyəli ifaçılar instaqram səhifəsində Bakıdan fotolar paylaşıblar. “Gripin” əvvəlcə Qız qalasından şəkil yayıb, daha sonra konsertdəki izdihamla bağlı paylaşım edib: “Şəkildə bizə yer ayırmadığınız üçün təşəkkürlər”.