“Barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik”

barisiq-ve-davamli-sulh-namine-her-zaman-birge-islemeliyik
Oxunma sayı: 833

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk hesabında paylaşım edilib.

“Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın”, - deyə səfir Mixalko qeyd edib.