Yeni "Huaweı Mate 20 seriyasının telefonları tamamilə yeni naviqasiya rejimi – barmaq jestləri ilə işləyir. Bu funksiya isə "FullView" (tam ekran görüntüsü) displey təcrübəsində bir inqilabdır. Bəs bu necə olur? Bu sualın cavabı bizdə!
Ən geniş tam ekran görüntüsü
EMUI 9.0-u işə salmaqla naviqasiya seçimi olaraq Huaweı Mate 20 cihazlarına jest rejimi əlavə edilir. Düymələri basmaq əvəzinə, ekran üzərində sadə barmaq hərəkətləri vasitəsi ilə telefonunuzu idarə edə bilərsiniz. Bu jestlər naviqasiya panelinin funksionallığını tamamilə əvəz edə bildiyinə görə yeni rejim virtual çərçivəni ekranın aşağı hissəsindən götürərək istifadəçilərə daha geniş ekrandan istifadə etməyə imkan verir.
%201.jpg)
Rahat istifadə olunan barmaq hərəkətləri
Qeyd edək ki, barmaq hərəkətləri nəinki ekranı genişləndirir, onların həm də istifadəsi daha təbiidir. Əsas ekrana keçmək üçün barmaqla telefonun aşağı hissəsindən yuxarıya tərəf hərəkət etmək; çoxpanelli interfeys üçün aşağıdan yuxarıya hərəkət etmək və pauza etmək; geriyə qayıtmaq üçün isə ekranın kənar hissələrindən ekranın mərkəzinə doğru hərəkət etmək lazımdır. Bəli! Telefonun sağ və ya sol hissəsindən ekranın mərkəzinə doğru barmaq hərəkəti vasitəsi ilə geriyə qayıtmaq mümkündür. Deməli, solaxay və ya sağaxay, yaxud da ambidekstr olmağın heç bir mahiyyəti qalmır - bu funksiya hər kəs tərəfindən seviləcək!
Tövsiyyələr:
Jest rejimini seçdikdən sonra ekranın aşağı künclərindən yuxarıya doğru barmaq hərəkəti ilə "Google Assistant"ı ekrana gətirə bilərsiniz. Bax, əsl rahatlıq budur!
Bunun üçün: Ayarlar > Sistem > Sistem naviqasiyası > Jest ayarları > "Google Assitant"ı işə sal
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A
Əlbəttə ki, digər naviqasiya rejimlərindən də istifadə etmək olar. "Huaweı Mate 20" telefonları jestləri, Üçdüyməli naviqasiyanı və Naviqasiya dokunu dəstəkləyir. Hər şey istifadəçinin seçimindən asılıdır.
Bunun üçün: Ayarlar > Sistem > Sistem naviqasiyası > İstədiyiniz rejimi seçin!
EMUI 9.0 üzərindəki yeni jest rejimi böyük əksəriyyətin marağını cəlb edəcək. Lakin bu rejim sizi qane etməsə, istədiyiniz vaxt istədiyiniz rejimə qayıda bilərsiniz. Öz dünyanız, öz seçimləriniz!
Son xəbərlər
Son Xəbərlər