“Qafqazinfo”nun məlumatına görə, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşkil etdiyi sərgidə 20 rəssamın əl işi və 48 rəsm əsəri nümayiş etdirilib. İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova deyib ki, dəfələrlə fiziki cəhətdən qüsurlu uşaqların əl işlərindən ibarət xeyriyyə sərgiləri təşkil ediblər: “Bu xeyriyyə tədbirinin reallaşması üçün Neftçala rayon icra başçısı İsmayıl Vəliyevə, həmçinin mənəvi dəstək üçün Azad Qarabağ Uğrunda Alyansa təşəkkürümü bildirirəm”.
Sonda əsərlərin müəlliflərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, sərgi bir neçə gün davam edəcək və nümayiş olunan əsərlər satılır.
Son xəbərlər
Son Xəbərlər