“Barsa”: Bıçaq sümüyə dirənəndə...

barsa-bicaq-sumuye-direnende
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla finalçılardan birinin adına aydınlıq gələcək. “Nou Kamp” stadionunda “Barselona” “Çelsi”ni qəbul edəcək. İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan “Çelsi” “Barsa” ilə son 3 səfər oyununda məğlub olmayıb. Hər 3 matç heç-heçə ilə başa çatıb. Ümumilikdə Avrokuboklarda 14 dəfə üz-üzə gələn rəqiblər 5 dəfə meydandan “sülh”lə ayrılıblar. Digər görüşlərin 5-də “Barselona”nın, 4-də “Çelsi”nin üzü gülüb.

Digər tərəfdən bu oyun “Barselona” üçün böyük əhəmiyyət kəsb edir. Son 2 oyunda ardıcıl məğlub olan katalonlar bunlardan ikincisində əzəli rəqibi “Real”a məğlub oldu ki, bu yenilgini sığortalamaq mümkünsüz görünür. Belə ki, artıq “blau-qrana”nın primeroda çempionluq şansları tükənir. Birinci məğlubiyyət isə “Çelsi” ilə ilk oyunda qeydə alınıb. “Barsa” bu oyunda uğursuzluğa düçar olsa, mövsümü “əliboş” başa vuracaq.

18 aprel
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları
23:45. "Barselona" (İspaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 0:1)

Ceyhun Əhmədov