“Barsa” titulsuz qalmadı

barsa-titulsuz-qalmadi
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi məlumata görə, həlledici matçda “Barselona” ilə “Atletik Bilbao” üz-üzə gəlib.

Katalonlar kubokun taleyini 25 dəqiqəyə həll ediblər. 3-cü dəqiqədə Pedro Rodriqez hesabı açıb. 20-ci dəqiqədə Messi fərqi artırıb. 5 dəqiqə sonra isə Pedro dubl edərək bilbaoluların kubok ümidlərini basdırıb – 3:0. Bununla da “Barselona” bu mövsüm ilk və son titulunu qazanıb.

Final görüşü həm də Pep Qvardiolanın “Barselona”nın “sükanı arxasında” keçirdiyi sonuncu matç olub. Mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən Pep İspaniya Kral Kubokunun qalibi olmaqla “blau-qrana”da qazandığı titulların sayını 14-ə çatdırıb.

İspaniya "kral kuboku"nda final görüşü
"Atletik" (Bilbao) - "Barselona" - 0:3
Qollar: Pedro, 3 (0:1), 25 (0:3), Messi, 20 (0:2)

Ceyhun Əhmədov