“Barsa”nı daha bir futbolçu tərk edir

barsani-daha-bir-futbolcu-terk-edir
Oxunma sayı: 1174


“Qafqazinfo” xəbər verir ki, Pinto arıq klubdan ayrılmağa hazırlaşır. 2008-ci ildə “Selta Viqo”dan “Barselona”ya transfer olan Pinto vaxtının çox hissəsini ehtiyat oyunçular skamyasında keçirib. Viktor Valdezin kölgəsində qalan futbolçu buna baxmayaraq, mükafat sayını artıra bilib. Belə ki, katalon klubundakı karyerası ərzində Pinto 4 La Liqa, 2 Çempionlar Liqası, 2 kral kuboku, 2 İspaniya Super kuboku və 2 dəfə də klublararası dünya kubokunu başı üzərinə qaldırıb. 

 

İqbal