“Barsa”nın paltardəyişmə otağında mübahisə

barsanin-paltardeyisme-otaginda-mubahise
Oxunma sayı: 2967

“Barselona”nın düşərgəsində ab-hava gərgindir. “Qafqazinfo” xəbər verir ki, futbolçularla baş məşqçi Kike Setyen arasında “Selta” ilə oyundan (2:2) sonra paltardəyişmə otağında gərginlik yaşanıb.

Oyunçular çalışdırıcıya narazılıqlarını bildiriblər.

Onlar Setyenin taktiki dəyişikliklərindən, iş metodundan narazı olduqlarını açıq şəkildə deyiblər. 

Oyunçular vurğulayıblar ki, iş sistemin də dəyişiklik olmasa, uğur qazanmaq mümkünsüz olacaq.