“Qafqazinfo” xəbər verir ki, İspaniya televiziyalarından birinin iddiasına əsasən, “Barselona”nın yeni hədəfi “Arsenal”da oynayan Mesud Özildir. Katalon klubu Özil üçün 30 milyon avrodan keçməyə də hazırdır. Mövsümün əvvəlində “Arsenal”a “Real”Madriddən transfer olan Özil, başlanğıcda gözəl oyun nümayiş etdirsə də, daha sonra performans zəifliyi və zədələrdən əziyyət çəkib. Buna görə də ingilis azarkeşlərin gözündən düşən Özil komandada unudulub. Futbolçunun “Barselona”ya keçidi baş tutsa, yenidən bütün diqqətlər onun üzərinə cəmlənəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər