“Barselona” 32 yaşlı futbolçu aldı

barselona-32-yasli-futbolcu-aldi
Oxunma sayı: 1993

“Sassuolo”nun hücumçusu Kevin-Prins Boatenq “Barselona”ya transfer olunacaq.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonlarla futbolçu arasındakı danışıqlar artıq müsbət nəticələnib. 

Boatenq “Barsa”da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Müqaviləyə isə onun  birdəfəlik transfer olunması ilə bağlı bənd salınıb. Belə ki, ispanlar mövsümün sonunda 8 milyon ödəməklər 32 yaşlı futbolçunun sahibi ola bilər.