“Barselona” Ardanın transferindən buna görə imtina edib

barselona-ardanin-transferinden-buna-gore-imtina-edib
Oxunma sayı: 7911

“Barselona”nın prezidenti Joan Laporta “Real”a keçən Arda Güler haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Türkiyə millisinin üzvünün qiymətinin artmasına görə transferdən imtina etdiklərini vurğulayıb:

“Biz sağlam düşüncə ilə hərəkət etməli idik. Qiymət artımlarına görə bu transferdən imtina etməli olduğumuzu düşündük. Biz yarışa bilərdik, amma bu barədə düşünmədik. Arda və ya “Barselona”ya gəlmək istəyən digər oyunçular üçün bunu etməzdik".

Qeyd edək ki, A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.