“Barselona” “Çelsi”dən ayrılan futbolçunu transfer etdi

barselona-celsiden-ayrilan-futbolcunu-transfer-etdi
Oxunma sayı: 2048

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Qfaqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni transfer edib.

İyirmi altı yaşlı danimarkalı müdafiəçi ilə dördillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona” daha əvvəl İtaliyanın “Milan” klubundan Frank Kessyeni transfer edib.