“Qafqazinfo”nun məlumatına görə, həlledici oyunda “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) üz-üzədir.
Berlində keçirilən oyunun final fiti çalınıb.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
***
Oyunun 4-cü dəqiqəsində “Barselona” hesabı açdı. Rakitiçin vurduğu qolla hesab 1:0 “Barselona”nın xeyrinədir.
***
Oyunda ilk hissə başa çatdı.
***
Oyunda ikinci hissəyə start verildi.
***
“Yuventus” hesabı bərabərləşdirdi. 55-ci dəqiqədə Morata oyunda komandasının ilk qolunu vurdu.
***
68-ci dəqiqədə Suares komandasını yenidən önə keçirir. Beləliklə, hesab 2-1 “Barselona”nın xeyrinədir.
***
Neymar oyuna əlavə edilmiş 4-cü dəqiqədə (94) komandasının üçüncü qolunu vurur. Hesab 3-1 “Barselona”nın xeyrinədir.
Son xəbərlər
Son Xəbərlər