Futbol üzrə İspaniya La Liqasında 35-ci tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Açılış oyununda “Atletik” “Alaves”lə qarşılaşıb. Bu görüş heç-heçə yekunlaşıb. “Atletiko” isə öz meydanında “Valyadolid”i sınağa çəkib və minimal hesabla qalib gəlib.
Lider “Barselona” “Levante” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu qarşılaşmada qələbə qazanacağı təqdirdə, sonra 3 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lionel Messinin vurduğu qol matçda yeganə olub və meydan sahibləri çempionluğu təmin ediblər.
İspaniya La Liqası 35-ci tur 27 aprel
Atletik – Alaves 1:1
Qol: Etçebarriya, 41 – Baston, 45.
Atletiko – Valyadolid 1:0
Qol: X.Fernandes, 66-öz qapısına.
Leqanes – Selta 0:0
Barselona – Levante 1:0
Qol: Messi, 62.



Son xəbərlər
Son Xəbərlər