Hazırda UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, “Barselona” səfərdə “Atletiko”nun qonağıdır. “Barselona” ilk oyunda 2:1 hesabı ilə qalib gəlmişdi.
Digər qarşılaşma isə “Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) arasındadır. Almanlar isə ilk matçda 1:0 qələbə qazanmışdı.
Hələ ki, hər iki oyunda hesab açılmayıb.
***
“Benfika” – “Bavariya” oyununda hesab açılıb. “Benfika”lı futbolçu Raul Ximenes 27-ci dəqiqədə vurduğu qola almanları məyus edib. “Bavariya”nın cavab qolu gecikməyib. “Bavariya” 39-cu dəqiqədə Arturo Vidalın qolu ilə hesabı bərabərləşdirib.
***
İspaniyada da sükut pozulub. “Atletiko” Anton Qrizmanın qolu ilə hesabı açıb.
***
Birinci hissə başa çatıb.
***
“Benfika” – “Bavariya” oyununda daha bir qol qeydə alınıb. Belə ki, Tomas Müller 52-ci dəqiqədə almanları önə çıxarıb. Hələ ki, hesab 1-2 “Bavariya”nın xeyrinədir.
Taliska isə 76-cı dəqiqədə hesabı bərabərləşdirib. Oyun isə 2-2 hesabı ilə başa çatıb və “Bavariya” növbəti mərhələyə vəsiqə qazanıb.
***
“Atletiko”- “Barselona” oyununda qonaqların qapısına penalti təyin olunub. Anton Qrizman 88-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyun başa çatıb. Beləliklə, “Barselona” rəqibinə uduzaraq "Çempionlar Liqası" ilə vidalaşıb.
Son xəbərlər
Son Xəbərlər