“Barselona” Çindən futbolçu aldı - 40 milyon avroya

barselona-cinden-futbolcu-aldi
Oxunma sayı: 657

“Barselona” Çin liqasında oynayan braziliyalı yarımmüdafiəçi Paulinyonu heyətinə qatıb.

“Qafqazinfo” xəbər verir ki, transfer üçün futbolçunun məxsus olduğu “Quançjou Everqrand” klubuna 40 milyon avro ödənilib.

29 yaşlı futbolçu 17 avqustda tibbi müayinədən keçəcək və həmin gün rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Paulinyo 2015-ci ildə “Tottenhem”dən 14 milyon avro qarşılığında Çinə yollanmışdı. O, “Quançjou Everqrand”ın heyətində 95 oyunda 28 qol vurub.