“Barselona” diktatora verdiyi medalları geri alacaq

“Barselona” diktatora verdiyi medalları geri alacaq
Oxunma sayı: 1063

“Barselona” klubu 1971 və 1974-cü illərdə İspaniya rəhbəri, dictator Fransisko Frankoya verdiyi fəxri medalları geri alacaq.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bu barədə klubun sözçüsü Xosep Vives məlumat verib.

O qeyd edib ki, idarə heyətinin aldığı bu qərar qurultayda klub üzvləri tərəfindən də səsvermə yolu ilə təsdiqlənməlidir.

Vivesin sözlərinə görə, bu məsələ ilk dəfə 2003-cü ildə gündəmə gəlsə də, həmin vaxt medalın verilməsinə dair sübutlər əldə olunmayıb. Klub rəsmisi Frankoya medal verilməsinin səbəbinin məlum olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, F.Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi