“Barselona” fanatları PSJ-nin prezidentini təhqirlərlə qarşıladı

barselona-fanatlari-psj-nin-prezidentini-tehqirlerle-qarsiladi
Oxunma sayı: 1034

“Barselona”nın azarkeşləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafini Messiyə görə təhqir ediblər.

“Qafqazinfo” xəbər verir ki, prezident komanda ilə birlikdə Çempionlar Liqasının 1/8 finalında Kataloniya klubu ilə matç üçün İspaniyaya gəlib.

Bu vaxt Əl-Xəlafi azarkeşlər tərəfindən qarşılanıb. “Barselona” fanatları onu təhqir edərək, “Qorxaq, oğru, əllərini Messidən çək” kimi ifadələr işlədiblər.

Qeyd edək ki, sabah keçiriləcək “Barselona” - PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.