“Barselona” finalda - Video

barselona-finalda-
Oxunma sayı: 1927

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qafqazinfo” xəbər verir ki, “Barselona” öz meydanında “Atletiko Madrid”i qəbul edib. Nou Kampda keçirilən matç 1-1 hesabı ilə bitib. Katalonlar səfərdə qazandığı 2-1 hesablı qələbənin sayəsində finala çıxıblar.

“Barselona” 1-1 “Atletiko Madrid”

Qollar: Suarez L.-43; Qameyro 83 (1-1)

Qeyd edək ki, digər finalçının adı “Alaves” “Selta Viqo” matçından sonra müəyyənləşəcək.