“Barselona” finaldadır- - Yenilənib

barselona-finaldadir-
Oxunma sayı: 2061


“Qafqazinfo”nun məlumatına görə, Almaniyada “Bavariya” “Barselona”nı qəbul edir. 

Səfərdə “Barselona”ya 0:3 hesabı ilə uduzan “Bavariya” həmin məğlubiyyətin əvəzini çıxmalıdır.

***

Oyunun 7-ci dəqiqəsində “Bavariya” oyunçusu Benatia hesabı açıb. 

***

Matçın 15-ci dəqiqəsində isə Neymar komandası üçün hesabı bərabərləşdirib. Hesab 1-1. 

***

Neymar 29-cu dəqiqədə komandasının ikinci qolunu vurdu. Hesab 2-1 “Barselona”nın xeyrinədir. 

***

Oyunda ilk hissə yekunlaşdı. 

***

Oyunda ikinci hissə başladı.

***

Oyunun 59-cu dəqiqəsində Levandovski “Bavariya”nın ikinci qolunu vurdu. Hesab 2-2. 

***

74-cü dəqiqədə Tomas Müller oyunda “Bavariya”nın 3-cü qolunu vurdu. 

***

İspaniyada baş tutan ilk oyunda 0-3 hesabı ilə məğlub olan “Bavariya” bu oyunda qalib gəlsə də, ümumi nəticələrə görə “Bavariya” Çempionlar Liqasında mübarizəni dayandırdı, “Barselona” isə finaldadır.