“Barselona” futbolçularından endirim istədi

barselona-futbolcularindan-endirim-istedi
Oxunma sayı: 1679

“Barselona” koronavirus pandemiyası ilə əlaqədar oyunların dayandırılmasından sonra maliyyə gəlirləri üçün futbolçulardan fədakarlıq istəyib.

“Qafqazinfo” xəbər verir ki, katalonlar La Liqa və Çempionlar Liqasında oyunların təxirə salınması ilə milyonlardan məhrum olub.
 
Klub rəhbərliyi baş məşqçi Kike Setye və futbolçulardan bu vəziyyətin başa çatmağına kimi maaşlarında endirimə razı olmalarını istəyib.