“Qafqazinfo” Azerisport.az saytına istinadən xəbər verir ki, Məmmədov bunları söyləyib: “Azarkeşlər üçün və marketinq nöqteyi-nəzərindən “Barselona” ilə qarşılaşmaq müsbət məqamdır. “Araz” layiqli mübarizə apardı və Dördlər finalına vəsiqə qazandı. Düşünürəm ki, Bakıda da belə çıxış edəcəyik. “Barselona” ilə yarımfinal və ya finalda oynamağın heç bir xüsusi fərqi yoxdur. “Araz”ın buna gücü var”.
Qeyd edək ki, aprelin 24-də Sərhədçi Olimpiya İdman mərkəzində keçiriləcək futzal üzrə Dördlər finalında təmsilçimiz “Araz”ın rəqibi “Barselona” olacaq.
Son xəbərlər
Son Xəbərlər