İspaniya Kubokunun dörddəbir final matçında “Barselona” futbolçuları “Qranada”nı 5:3 hesabı ilə məğlub ediblər.
“Qafqazinfo” xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, “Barselona” əlavə vaxtda məğlubiyyətdən qaça bilib. “Qranada”nın tərkibində qolları Kenedi (33-cü dəqiqə) və Roberto Soldado (47) vurublar, qonaqlarda Antuan Qrizmann (88) və Jordi Alba (90+2) fərqlənməyi bacarıblar. 100-cü dəqiqədə Qrizmann “Barselona”nı önə çəkib, üç dəqiqədən sonra Fede penalti vurub və hesabı bərabərləşdirib. İkinci tayma əlavə edilmiş vaxtda Frenki de Yonq (108) və dubl edən Alba (113) seçiliblər.
Digər dörddəbir finalda “Levante” evdə Marti Roxerin qolu sayəsində “Vilyarreal”a qalib gəlib. Daha əvvəl yarımfinala “Sevilya” çıxıb. Sonuncu yarımfinal matçı (“Betis”-“Atletik”) cümə axşamı günü baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər