“Barselona” istəyinə çatır

barselona-isteyine-catir
Oxunma sayı: 1324


“Qafqazinfo” xəbər verir ki, bir müddətdir “Borusiya Münhenqladbax”ın qapıçısı Mark Andre Ter Ştegenlə maraqlanan katalon klubu futbolçu ilə mövsüm sonunda müqavilə imzalamağa hazırlaşır. İspan klubu qapıçı üçün “Münhenqladbax”a ya 9 milyon, ya da 12 milyon avro ödəyəcək. İmzalanacaq müqaviləyə əsasən, Ştegen 2019-cu ilə qədər “Barselona” forması geyinəcək. Transferin reallaşmasını şərtləndirən amillərdən biri də mövsüm sonunda qapıçı Viktor Valdezin “Barselona”da getməsidir. Valdez bu ilin yayında doğma klubundan gedəcəyini deyib.


İqbal