“Barselona” İspaniya Kral kubokundan kənarlaşdırıla bilər.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb kataloniyalıların “Levante”yə 1:2 hesabı ilə uduzduqları ilk oyunda reqlamenti pozmasıdır.
Belə ki, “Barsa” sarı vərəqə limitini dolduran Xuan Brandaris Movilyanı həmin matçda meydana buraxmasıdır.
İspaniya Futbol Federasiyası məlumatı təsdiqləyib. Lakin Kataloniya təmsilçisi buna etiraz edib.Klub bildirib ki, 48 saat ərzində onlardan şikayət olmayıb.
Qeyd edək ki, “Barselona” cavab matçında 3:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Son xəbərlər
Son Xəbərlər