“Barselona” müdafiəçi alır - 35 milyona

barselona-mudafieci-alir
Oxunma sayı: 642

İspaniyanın “Barselona” klubu müdafiəni gücnləndirmək üçün “Benifika”dan Neslon Semedonu transfer edir.

“Qafqazinfo” xəbər verir ki, katalon klubu 23 yaşlı futbolçunun komandaya keçidi ilə bağlı qarşı tərəflə razılığa gəldiklərini açıqlayıb.

Semedo görə ispanlar "Benifika"ya 35 milyon avro ödəyəcək. Futbolçu ilə 5 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, Semedo ötən mövsüm meydana çıxdığı 47 oyunda 2 dəfə fərqlənib və 12 qol ötürməsi edib.