“Barselona” “Napoli” ilə heç-heçə etdi

barselona-napoli-ile-hec-hece-etdi
Oxunma sayı: 1863

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq dörd oyun keçirilib.

“Barselona” İspaniyada İtaliya “Napoli”sini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Günün gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Şotlandiya “Reyncers”i Dortmund “Borussiya”sını 4:2 hesabı ilə məğlub edib.

“Zenit” Rusiyada İspaniyanın “Betis” komandasına 2:3, Portuqaliya “Braqa”sı Moldovada “Şerif”ə 0:2 hesabı ilə uduzub.