İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Atletiko"nun qonağı və 2:1 hesabı ilə qalib gələn "Barselona" ciddi itki ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi cavab matçında Neymarın xidmətindən məhrum olacaq. Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, tərəflərin cavab matçı fevralın 7-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər