İspaniya La Liqasında 16-cı turun təxirə salınan matçı baş tutub.
“Qafqazinfo”nun məlumatına görə, "Barselona" səfərdə "Sportinq"lə (Xixon) qarşılaşıb. Oyun Kataloniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Lionel Messi, 25 (0:1), Karlos Kastro, 27 (1:1), Lionel Messi, 31 (1:2), Luis Suares, 67 (1:3).
Son xəbərlər
Son Xəbərlər