“Barselona” prezidenti yenə Bakıya gəlir? - Foto

barselona-prezidenti-yene-bakiya-gelir
Oxunma sayı: 3544

İspaniya nəhəngi “Barselona” klubunun prezidenti Xuan Laportanın yenidən Azərbaycana səfər edəcəyi deyilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Barca Times” məlumat yayıb.

Bildirilib ki, Laporta klubun direktorları Joan Soler və Xavyer Puiqlə birgə bu gün ölkəmizə gələcək.

Qeyd olunub ki, səfərin əsas məqsədi Azərbaycanda “Barselona” akademiyasının açılması və potensial investisiya imkanlarının axtarışıdır.

Xatırladaq ki, Laporta 2024-cü il noyabrın 16-da da COP29-da iştirak məqsədi ilə Azərbaycana səfər edib.