“Barselona” qalib gəldi, Hollandiyada bərabərlik - Yenilənib

barselona-qalib-geldi-hollandiyada-beraberlik
Oxunma sayı: 3690

Bu gün Çempionlar Liqasında ¼ final mərhələsinin daha 2 oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, İtaliyanın turnirdə yeganə təmsilçisi “Yuventus” səfərdə “Ayaks”la üz-üzə gələcək.

Günün və mərhələnin ən maraqlı görüşü isə İngiltərədə oynanılacaq. “Mançester Yunayted” evdə “Barselona”nı qəbul edəcək.

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

10 aprel

23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)

23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)

***

Hər iki oyun başladı.

***

12-ci dəqiqədə "Barselona" hesabı açıb. Luis Suares fərqlənib.

Bu epizodda öncə yan xətt hakimi ofsayd səbəbilə qolu qeydə almayıb. Lakin, baş hakim VAR sisteminin köməyi ilə qərarı dəyişib və qol olduğuna qərar verib.

***

UEFA Suaresin başla zərbəsindən sonra topun "Mançester Yunayted"in müdafiəçisi Luk Şouya dəyməsi və istiqamətini dəyişməsi səbəbindən vurulan qolu avtoqol olaraq qeydə alıb.

 

***

"Ayaks" - "Yuventus" matçında da səssizlik pozulub. Qonaqların hücumçusu Kriştiano Ronaldo ilk hissənin sonunda - 45-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

***

İlk hissə "Barselona" və "Yuventus" 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

İkinci hissə başladı.

***

"Ayaks" ikinci hissəyə sürətli hücumla başlayıb və hesabı bərabərləşdirib. İkinci hissə başladıqdan cəmi 36 saniyə sonra David Neres topu "Yuventus"un qapısında keçirib.

***

Hər iki oyunda 65 dəqiqə gerid qaldı. "Barselona"nın üstünlüyü, "Ayaks" - "Yuventus" matçında isə 1:1-lik bərabərlik davam edir.

***

85-ci dəqiqədə "Yuventus" yenidən hesabda önə keçməyə yaxın olub. Duqlas Kostaın sol cinahla reydindən sonra uzaqdan vurduğu top dirəyə dəyərək meydana qayıdıb.

***

"Ayaks" - "Yuventus" matçında final fiti səslənib. Oyun 1:1 hesabı ilə başa çatıb.

***

"Mançester Yunayted" - "Barselona" matçında da başqa qol vurulmayıb və qonaqlar 1:0 hesabı ilə qalib gəlib.