“Barselona” səfərdən heç-heçə - “Arsenal” məğlubiyyətlə qayıtdı

barselona-seferden-hec-hece
Oxunma sayı: 1784

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

Belə ki, “Portu”nun qonağı olan London “Arsenal”ı bu oyunda meydan sahiblərinə uduzublar. 

“Napoli” ilə “Barselona” arasındakı qarşılaşmada isə tərəflər hərəyə 1 qolla kifayətləniblər.

Qeyd edək ki, cavab matçları martın 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
21 fevral

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1