“Barselona” “Sevilya”nı məğlub etdi - Messidən karyerasının 50-ci het-triki

barselona-sevilyani-meglub-etdi
Oxunma sayı: 2161

Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı ev sahibləri açsa da, dörd dəqiqə sonra Lionel Messinin vurduğu qolla hesab bərabərləşib. Messi matçın 67 və 85-ci dəqiqələrində də fərqlənərək karyerasında 50-ci het-trikə imza atıb.

Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. 

Bu qələbədən sonra “Barselona”nın xalları 57-yə çatıb və turnir cədvəlində liderliyini qoruyub saxlayıb.