“Barselona” üçün növbəti imtahan

barselona-ucun-novbeti-imtahan
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərkəzi oyun İspaniyada baş tutacaq. “Nou Kamp” stadionunda “Barselona” “Milan”ı qəbul edəcək. İlk oyunda qolsuz bərabərliyə razılaşan tərəflər ümumilikdə 15-ci dəfə üz-üzə gələcəklər. İndiyədək baş tutan 14 qarşılaşmanın 5-də “Barselona”, 4-də “Milan” qalib gəlib. 5 oyun isə “sülh”lə başa çatıb.

“Bavariya” isə “Marsel”lə qarşılaşacaq. Səfərdə 2 cavabsız qolla qalib gələn münhenlilərin cavab görüşündə işinin daha asan olacağı güman edilir.

23:45. "Bavariya" (Almaniya) - "Marsel" (Fransa) (ilk oyun - 2:0)

23:45. "Barselona" (İspaniya) – "Milan" (İtaliya) (ilk oyun - 0:0)

Ceyhun Əhmədov