“Barselona” UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı

barselona-uefa-cempionlar-liqasinda-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1139

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha iki qarşılaşması keçirilib.

“Qafqazinfo” xəbər verir ki, E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib.

“Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb.

Qeyd edək ki, bu “Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. Bu qrupun digər görüşü - “Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) arasında oynanılacaq.