UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 9 matç baş tutub.
“Barselona” doğma meydanda İsveçrə təmsilçisi “Yanq Boys”la qarşılaşıb. Görüş Katalon klubunun 5:0 hesablı qələbi ilə başa çatıb.
“Mançester Siti” səfərdə “Slovan Bratislava”nı, “İnter” isə ev matçında “Srvena Zvezda”nı 4:0 hesabla üstələyib. Dortmund “Borussiya”sı “Seltik”i darmadağın edərək 7:1 qalib gəlib.
İlk turda “Liverpul”a uduzan “Milan” “Bayer Leverkuzen”lə də bacarmayıb. Alman klubu İtaliya nəhəngini minimal hesabla üstələyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr
“Zaltsburq” (Avstriya) – “Brest” (Fransa) 0:4
“Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) 1:1
“Arsenal” (İngiltərə) - PSJ (Fransa) 2:0
“Barselona” (İspaniya) - “Yanq Boys” (İsveçrə) 5:0
“Bayer 04” (Almaniya) - “Milan” (İtaliya) 1:0
“İnter" (İtaliya) - “Srvena Zvezda” (Serbiya) 4:0
“Borussiya" (Dortmund, Almaniya) - “Seltik” (Şotlandiya) 7:1
PSV (Niderland) - “Sportinq” (Portuqaliya) 1:1
“Slovan” (Slovakiya) - “Mançester Siti” (İngiltərə) 0:4.
Qeyd edək ki, Liqa mərhələsinin II turuna bu gün keçiriləcək 9 oyunla yekun vurulacaq.