“Barselona” Xavini pulsuz yola salır

barselona-xavini-pulsuz-yola-salir
Oxunma sayı: 3368

“Barselona” klubundan qovulduğu üçün Xavinə təzminat ödənilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, kataloniyalı mütəxəssislə müqaviləyə bu gün xitam veriləcək.

Bununla da "Barselona" təxminən 12 milyon avro ödəməkdən imtina edib. 

Xatırladaq ki, Kataloniya klubunun mətbuat xidməti mayın 24-də Xavinin cari mövsümün sonunda klubun baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.