“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı - Foto

barselona-yeni-bas-mesqcisini-resmen-aciqladi
Oxunma sayı: 2411

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Xavi ilə sözləşmə imzalayıb.

41 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti 2024-cü ilin yayınadəkdir.

O, bu postda bir müddət əvvəl istefaya göndərilən Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, Xavi məhz “Barselona”nın yetirməsidir. O, 1997 - 2015-ci illərdə Kataloniya klubunda çıxış edib. 

Gənc mütəxəssisin son iş yeri Qətərin “Əl-Sədd” klubu olub.