Barselonada aksiyalar başladı, yaralılar var

barselonada-aksiyalar-basladi-yaralilar-var
Oxunma sayı: 988

İspaniyanın Barselona şəhərində kütləvi iğtişaşlar baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya muxtar qurumunun Daxili İşlər Departamentinin önündə etiraz aksiyaları keçirilir. Polislə qarşıdurma zamanı 11 nəfər yaralanıb, 1 nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə qablar, bankalar və hətta kislota atırlar. Hazırda üzü bağlı mitinqçilər zibil qablarını, avtomobilləri yandırmağa başlayıblar. Jiron və Lerid şəhərlərində də aksiyalar keçirilir.

Qeyd edək ki, aksiyaya səbəb Ali Məhkəmənin Kataloniya liderləri barədə hökmü elan etməyə hazırlaşmasıdır. Belə ki, 12 kataloniyalı siyasətçi 2017-ci ildə müstəqillik haqqında qanunsuz referendum keçirməkdə ittiham olunurlar. Onlardan 9-u qiyam qaldırmaqda günahkar bilinərək 9 ildən 13 ilədək həbsə məhkum olunublar. 3 nəfər isə cərimələnib.