Barselonada avtobuslar toqquşdu - 30-dan çox xəsarət alan var

barselonada-avtobuslar-toqqusdu
Oxunma sayı: 737

Barselonada iki avtobusun toqquşması ilə nəticələnən ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kataloniya fövqəladə hallar xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər xəsarət alıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb. Əraziyə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.