“Barselona”da ciddi itki

barselonada-ciddi-itki
Oxunma sayı: 2122

“Barselona” İspaniya La Liqasının 30-cu turunda “Sevilya” ilə qarşılaşacaq.

"Qafqazinfo" xəbər verir ki, Kataloniya təmsilçisi sözügedən səfər qarşılaşmasında Frenki de Yonqun köməyindən istifadə edə bilməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı yarımmüdafiəçi zədə səbəbindən “Sevilya” ilə matçda forma geyinməyəcək.

Qeyd edək ki, “Sevilya” – “Barselona” matçı iyunun 19-da keçiriləcək.