İspaniyanın Barselona şəhərində keçirilən “Tomorrowland Unite Spain” musiqi festivalı zamanı yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 min nəfərin izlədiyi festivalda səhnəyə qurulan səs aparatları bir anda alovlanıb.
Yanğın səbəbindən insanlar ərazidən təxliyyə edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa zamanda söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın partladılan fişənglərin səbəb olduğu ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər