“Qafqazinfo” xəbər verir ki, prezident Sandro Rossel Neymar transferi ilə bağlı haqqında çıxan söz söhbətlərdən sonra istefa verib. Belə ki, futbolçunun “Barselona”ya 57.1 milyon avroya transfer olunduğu bildirilsə də, İspaniyanın “El Mundo” qəzeti bu transferin əslində 95 milyon avroya başa gəldiyi barədə iddialı xəbər dərc edib. Bu xəbər sayəsində də İspaniya Ali Məhkəməsi tərəfindən məsələ araşdırılıb və hakim həmin iddianın doğru olduğu qənaətinə gəlib. Dünən jurnalistlər qarşısına çıxan Rossel vəzifəsindən getdiyini və yerini köməkçisi Joze Maria Bartomeunun tutduğunu elan edib.
Sandro Rossel Neymar transferi ilə iddia edilən xəbərləri əsasız sayıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər