“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Simar adlı zavodda yerli saatla 09:00 radələrində baş verən partlayışda 3 nəfər yaralanıb və əhaliyə açıq havaya çıxmamaq tapşırığı verilib. Hökumət rəsmiləri hadisəyə səbəb kimi 2 kimyəvi qazın reaksiyaya girməsini göstərir. Simar zavodundan isə hələlik bir açıqlama verilməyib.
Ətrafdakı 6 qəsəbəyə yayılan zəhərli qaz buludu 65 min nəfərə təsir edib. Daxili İşlər Nazirliyi açıqlamasında havanın küləksiz olduğu üçün zəhərli qaz buludlarının dağıla bilmədiyini deyib: “Təəssüf ki, bölgədə külək yoxdur, ona görə zəhərli qaz buludlarının dağılması bir az zaman alacaq”.
Son xəbərlər
Son Xəbərlər