Barselonada qatar qəzası - 56 yaralı var + Video + Fotolar

barselonada-qatar-qezasi
Oxunma sayı: 813

İspaniyanın Barselona şəhərində qatar qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, platformaya yaxınlaşan qatar dayanmayıb və dəmir maneəyə çırpılıb.

Hadisə zamanı yaralanan 56 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan 5 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qatarın hansı səbəbdən dayanmadığı araşdırılır.