“Barselona”dan asan, “Real”dan çətin qələbə - “Atletiko” uduzdu+Video

barselonadan-asan-realdan-cetin-qelebe-
Oxunma sayı: 3070

İspaniya La-Liqasında 37-ci tur başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” və “Real” növbəti qələbələrini qazanıblar.

Katalonlar “Nou-Kamp”da “Espanyol”la üz-üzə gəlib. Luis Enrikenin komandası katalon derbisində 5:0-lıq darmadağına sevinib.

“Real” isə daha çətin qarşılaşmaya çıxıb. “Valensiya” ilə qarşılaşan Zinəddin Zidanın komandası 3:2 hesablı çətin qələbə əldə edib.

“Barselona” – “Espanyol” - 5:0

Qollar: Messi, 8, Suarez, 52, 61, Rafinya, 74, Neymar, 83

“Real” – “Valensiya” - 3:2

Qollar: Ronaldo, 26, 59, Benzema, 42 - Rodriqo, 55, Qomes, 81

“Levante” – “Atletiko” - 2:1

Qol: Kassadesus, 40, Rossi, 90 - Torres, 2